İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 16 yaşlı oğlan anasını söyən kişini öldürdü - FOTO

1099 06.08.2023 13:13 Kriminal A A

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib.

1990-cı il təvəllüdlü Elnar Məmmədov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Məmmədovun boğazından vurub. E.Məmmədov hadisə yerində ölüb.

Məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR