İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı polisindən qalmaqallı rəislə bağlı – Açıqlama

7264 12.01.2015 19:35 Ölkə A A

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif idarənin şöbə rəisi, polis polkovniki Əlaslan Ağayev və onun oğlu haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib. Qurum rəsmisinin sözlərinə görə, yayılan xəbərlər həqiqətdən uzaqdır:
 
“Əlaslan Ağayev hazırda əməliyyat başındadır, ona görə də onun fikirlərini açıqlaya bilmədik. Ancaq onu bildirmək istəyirəm ki, mediada onun və oğlunun adı ilə bağlı yayılan xəbərlərin məntiqi əsası yoxdur. Əlaslan müəllim DİN orqanlarında yetərincə tanınmış, intellektual, öz işinin peşəkarı və yüksək intizama malik bir zabitdir. Bundan başqa, onu tanıyanlar Əlaslan müəllimin yüksək insani keyfiyyətlərə sahib ailə başçısı olduğunu yaxşı bilir. Buna görə də baş vermiş hadisənin kifayət qədər şişirdildiyi qənaətindəyəm”.
 
Xatırladaq ki, AMEA Folklor İnstitutunun elmi işçisi, Bakı şəhər Nərimanov rayonu Ağa Nemətulla 49 B, mənzil 12-də müvəqqəti yaşayan Əpoş Vəliyev Əlaslan Ağayevin oğlunun onu döydüyünü iddia edir. Ə.Vəliyevin sözlərinə görə, Ə.Ağayev dəfələrlə onu hədələyərək şikayətini geri götürmək üçün təzyiq edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR