İnsanlara hürriyət, millətlərə istiqlal!

Babayan “Xankəndi blokadası”nı keçdi-hazırda İrəvandadır

6302 23.12.2022 23:01 Yazarlar A A

“Araik Arutyunyan Fransa səfərindən necə qayıdıb, Babayan isə Ermənistana necə gedib” ritorik sualı...

Qarabağdakı qanunsuz separatçı rejimin başçısı Araik Arutyunyan ekofəlların aksiyası başlayanda böyük ehtimalla, Xankəndidə deyildi.

İnternet resurslarının məlumatına əsaslansaq, Xankəndi yolunda aksiya başlayanda o, Parisdən Ermənistana özünü ancaq yetirmiş olmalı idi.

Dekabrın 12-də qondarma rejimin “xin”i və “parlament”sədri Laçın yolundakı aksiya ilə bağlı bəyanat verib. Araik Arutyunyan isə yalnız “Facebook”dan müarciət yayıb, özünün Xankəndidə olduğunu təsdiq edən heç bir hərəkətlilik olmayıb. Dekabrın 13-də Ruben Vardanyan “icra orqanlarının”, Xankəndi “merinin” və “inzibati rayonların rəhbərlərinin” iştirakı ilə geniş müşavirə keçirib, Araikdən yenə səs-soraq olmayıb. Yalnız sosial şəbəkədəki hesabından açıqlama verməkdə davam edib.

Araikin ilk fotosu dekabrın 20-də ortaya çıxdı. O, Xankəndidə “güc strukturlarının” rəhbərlərinin iştirakı ilə müşavirə keçirdi. İclasda “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan və “dövlət naziri”, Araikin yoxluğunda özünü yaranmış vəziyyətlə bağlı “operativ qərargahın”rəhbəri elan etmiş Ruben Vardanyan iştirak ediblər. Daha sonra isə “təhlükəsizlik şurasının” genişləndirilmiş iclası da keçirilib, yaranmış vəziyyə müzakirə olunub. Bundan sonrakı xəbərlərdə Arutyunyanın fəallığı diqqət çəkib.

Dekabrın 23-də daha bir diqqət çəkən fakt üzə çıxıb. Məlum olub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qondarma rejimin “xin rəhbərinin vəzifələrini icra edən” David Babayanı Ermənistanda qəbul edib. 12 gündür “blokadadayıq” deyib hay-küyü salan Babayan İrəvana tək getməyib, yanında Xankəndindən digər nümayəndələr də olub. David Babayanın da Xankəndinə qayıda bilməməsi barədə xəbərlər vardı. Amma indiyədək bunu təsdiq edən fakt yoxdur. Özü belə bir açıqlama verməyib. Ermənistan XİN rəhbərinin görüşündə də belə bir söhbət aparılmayıb.

16709-1670908502.jpg (77 KB)

Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycanın “Laçın dəhlizinin blokadada saxlaması, humanitar vəziyyətin təfərrüatlarını müzakirə ediblər”.

Ekofəallar əvvəl gündən bəyan ediblər ki, heç bir blokadadan söhbət gedə bilməz, yol açıqdır. Bunu hər gün Rusiya sülhməramlılarının yük və digər nəqliyyat vasitələrinin Laçın istiqamətinə və ya Xankəndə gəlib-gedişləri də sübut edir. Ermənilər isə bəyan edirlər ki, nə qədər ki, ekofəlların aksiyası davam edir, onlar bu yoldan istifadə etməyəcəklər.

Ruben Vardanyan dekabrın 20-də etiraf edib ki, nə qədər ki orada azərbaycanlılar dayanırlar, ermənilər Laçın yolu ilə getməkdən imtina edirlər. O, Facebook vasitəsilə öz müraciətində qeyd edib: “Blokada davam edir. Halbuki, bilirsiniz ki, yolun açıq olması barədə söz-söhbətlər şişirdilir, amma bu, belə deyil. Onlar yol kənarındadırlar, istədikləri zaman maşınları saxlaya bilirlər. Ona görə də deyirik ki, bu, qəbuledilməzdir. Azərbaycanlılar oranı tamamilə tərk etməlidirlər”. Vardanyan onun mövqeyini dəstəkləyən ermənilərin fikrinə də istinad edib.

639c22fddb2d8639c22fddb2d91671176957639c22fddb2d4639c22fddb2d6.jpg (235 KB)

“Bəs, o halda Araik Xankəndinə necə qayıdıb, Babayan isə İrəvana necə gedib” sualı ortaya çıxır. Əslində, ritorik sual da demək olar. Aydındır ki, Araiki Xankəndinə gətirən də, Babayanı İrəvan sərhədinə aparan da Rusiya sülhməramlılarıdır. Uçub getməyib ki... Ekofəalların Rusiya sülhməramlılarını yük maşınlarında nə aparıb-gətirdiklərini yoxlamaq kimi yetkisi yox, bu əlavə qarşıdurma və narahatlıq yaradır. Ermənilər də bunu bilir. O səbəbdən “blokadadayıq” deyib hər gün müxtəlif dövlətlərdən Bakıya zənglər etdirən bu hay-küyçü millətin bir daha qorxaqlığı və riyakarlığı üzə çıxar. Paşinyan deyir ki, Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Maraqlıdır, Babayanı yük maşınında və ya hərbi avtobilin “baqajı”nda Ermənistan sərhədində təhlükəsiz aparmaq sülhməramlıların öhdəliyinə daxildir, ya yox?

Ziyanı yoxdur, keçməkdən qorxurlarsa, qoy sülhməramlıların yük maşınlarında gizlənib Ermənistana gedib-qayıtsınlar. Amma gələndə heç olmasa, o “detdom”, neçə gündür BMT-nin ofisinin yanında yatan Beqlaryanı da zibil maşından gətirib Xankəndinə tullasınlar. Düşmən olsa da, mərhəmətimiz var...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR