İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azovstal” döyüşçüləri təslim oldu? – Elxan Şahinoğlu ilə “Canlı debat”

1739 16.05.2022 11:47 Gündəm A A

Rəsmi Kiyev mühasirədə olan Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisini tərk edib təslim olduğu deyilən ukraynalı əsgərlərlə bağlı xəbərləri təkzib edib. Rəsmi Kiyev 10 nəfərlik qrupun “Azovstal”ın ərazisindən ağ bayraqla çıxdığı barədə Rusiya KİV-lərinin yaydığı xəbəri dezinmormasiya adlandırıb.

“Mayın 16-da səhər saatlarından Kremlin nəzarətində olan Rusiya mediası Mariupolda “Azovstal” ərazisini müdafiə edən təslim olmuş ukraynalı əsgərlər barədə saxta məlumat yaymağa başlayıb.

Müvafiq "xəbərlər" artıq REN TV, Ura.ru, Tsarqrad və digər resurslarda peyda olub. Söhbət zavodu “ağ bayraq”la tərk edən 10 nəfərlik “birinci qrup”dan ibarətdir.

Rusiya mətbuatının istinad etdiyi xəbərin mənbəyi isə “Vostok” batalyonunun komandiri Aleksandr Xodakovskidir”.

Ukrayna tərəfi bəyan edib ki, mayın 16-17-də və ya daha sonra Mariupolda rus işğalçıları əsir düşmüş ukraynalı hərbçilərin və ruslar tərəfindən oğurlanmış mülki şəxslərin iştirakı ilə genişmiqyaslı təxribat aksiyaları hazırlayır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya-Ukrayna müharibəsinin detallarını, son dəqiqə xəbərlərini müzakirə edəcəyik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR