İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı müğənninin Daşkənd konsertində izdiham – ölənlər barədə şayiə təkzib olunur

1687 27.11.2023 12:00 Dünya A A

Özbəkistanın Milli Qvardiyası “Humo arena” buz sarayının qarşısında müğənni Jah Khalibin konserti zamanı baş verən toqquşma və iğtişaşlara münasibət bildirib.

Musavat.com Podrobno.uz-un müxbiri xəbər verir ki, hüquq-mühafizə orqanı vurğulayıb ki, izdiham və bıçaqlanma zamanı insanların həlak olması ilə bağlı məlumat şayiədir.

Milli qvardiyanın mətbuat xidmətindən bildiriblər ki, bütün ziyarətçilər biletlə daxil olduqdan sonra məlum olub ki, daha 10 min nəfərdə tamaşaçıların artıq istifadə etdiklərini təkrarlayan elektron biletlər var. Onlar dublikat biletlə içəri buraxılmayıblar və bu toplaşanların narazılığına səbəb olub.

Daxili işlər orqanlarının əməkdaşları müəyyən ediblər ki, bu vəziyyət bəzi vətəndaşların şəxsi maraqları naminə elektron biletləri dəfələrlə satması nəticəsində yaranıb. Hazırda faktla bağlı araşdırma aparılır. Bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, belə halları təkcə konsert proqramlarında deyil, futbol matçlarında da müşahidə etmək olar.

“Hörmətli Daşkənd sakinləri, sizdən və yaxınlarınızdan elektron biletləri yalnız rəsmi internet saytından və xüsusi bilet satış məntəqələrindən almağınızı xahiş edirik”, - Milli Qvardiyanın mətbuat xidməti vurğulayıb.

Belə halların qarşısını almaq üçün Milli Qvardiya, Daxili İşlər Nazirliyi, Rəqəmsal Texnologiyalar Nazirliyi və iTicket nümayəndələri bu kimi halların təkrarlanmasına qarşı konkret tədbirləri müzakirə edəcəklər.

Bundan başqa, hadisədən sonra sosial şəbəkələrdə guya “basabasda ölənlər, huşunu itirənlər, yaralanan Milli Qvardiya əməkdaşı, uşağını itirən hamilə qadın” haqqında şayiələr yayılmağa başlayıb.

Hüquq-mühafizə orqanı bu məlumatı təkzib edərək, sosial şəbəkə fəallarını şayiə yaymamağa çağırıb.

Qeyd edək ki, müğənni Jah Khalibin əsl adı Bəxtiyar Məmmədovdur. O,1993-cü ildə Almatıda doğulub, əslən azərbaycanlıdır, rusdilli reper, müğənni və prodüserdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR