İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı gənc idmançı Türkiyədə qətlə yetirildi - FOTO

1485 31.05.2022 15:48 Hadisə A A

Türkiyənin Çanakkale şəhərində 28 yaşlı azərbaycanlı idmançı İlkin Eminov qətlə yetirilib.

BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə mayın 27-si Lapseki adlı bölgədə baş verib.

Məlumata görə, süni örtüklü futbol meydançasında iki qrup arasında növbə ilə bağlı mübahisə düşüb. Tərəflər daha sonradan barışmaq üçün kafedə görüşüblər. Bu zaman qruplar arasında yenidən dava düşüb və nəticədə İlkin Eminov bıçaqlanıb.

Ağır yaralanan İlkinin həyatını xilas etmək mümkün olmayıb.

Həmçinin, hadisə zamanı daha 2 nəfər yüngül xəsarət alıb.

Polis 3 nəfəri şübhəli şəxs qismində saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İlkin Eminov Lapsekidə işləyib və qaydasız döyüşlə məşğul olub.

Azərbaycanlı gənc idmançı Türkiyədə qətlə yetirildi - FOTO

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR