İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı FIFA referisi nazirlikdəki vəzifəsini tərk etdi

739 06.12.2022 20:37 İdman A A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin (İKT LAB) direktoru Rauf Cabarov vəzifəsini tərk edib.

“Report”un əldə etdiyi məlumata görə, o, bundan sonra fəaliyyətini “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” (AKTA) İctimai Birliyinin sədr müavini kimi davam etdirəcək.

Nazirlikdə isə onun yerinə hələ təyinat olmayıb.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü R.Cabarov 2003-ci ildən hakimlik fəaliyyətinə başlayıb, 2009-cu ildən Premyer Liqa oyunlarında referi kimi fəaliyyət göstərir, 2019-cu ildən isə FIFA referisidir.

O, 2017-2018-ci ildə ölkə kubokunun final oyununu idarə edib.

Xatırladaq ki, İKT LAB Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə yaradılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR