İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı ana-oğul dənizdə BOĞULDU

2035 19.06.2024 18:32 Hadisə A A

Türkiyədə azərbaycanlı yeniyetmə dənizdə boğulub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Qara dənizin ən təhlükəli sahillərindən olan Şile rayonu ərazisində qeydə alınıb. 17 yaşlı Yusif Camalov dənizdə yoxa çıxandan sonra onun meyiti səhər saatlarında tapılıb.

Mərhumun atası Araz Camalov bildirib ki, oğlu ilə yanaşı xanımı da suda boğulub:

“Həyat yoldaşımı qurtara bilsəm də, oğlumu qurtara bilmədim, gücüm çatmadı. Çimərlikdə heç bir xilasetmə, təhlükəsizlik qüvvələri yoxdur. Əgər belədirsə, bağlansın ora. Hər gün 3-4 nəfər boğulub ölür”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR