İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın səfiri etimadnamələrin surətini Kubanın XİN başçısının müavininə təqdim edib

356 06.01.2023 09:36 Siyasət A A

5 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnamələrin surətini bu ölkənin xarici işlər nazirinin müavini Elio Eduardo Rodriqez Perdomoya (Elio Eduardo Rodríguez Perdomo) təqdim edib.

Bu barədə Musavat.com-a Azərbaycanın Kubadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı nazir müavini Kuba hökumətinin Azərbaycanın bu ölkədə səfirlik təsis etməklə bağlı qərarını yüksək qiymətləndirdiyini qeyd edərək səfiri yeni təyinatı münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Eyni zamanda, görüşdə Azərbaycan və Kuba arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı iqtisadi, tibb, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR