İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın beynəlxalq arenada növbəti QƏLƏBƏSİ Moldova mətbuatında

546 03.01.2023 15:38 Siyasət A A

Moldovanın aparıcı Rupor.md xəbər portalında tanınmış jurnalist Eynulla Fətullayevin “Prezident İlham Əliyev “erməni məsələsini” bağlayır” adlı məqaləsi dərc olunub.

Musavat.com xəbər verir ki, məqalədə Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda onun sədri kimi  hazırladığı Laçın-Xankəndi yolundakı vəziyyət ilə bağlı tamamilə ermənipərəst qərəzli bəyanatı ilə əlaqədar Azərbaycanın növbəti diplomatik zəfərindən bəhs edilir. Bəyanat üzərində diplomatik döyüşün 10 gün davam etdiyini, 6-7-ci redaksiyadan sonra sənədin faktiki olaraq Azərbaycanın leyhinə olduğu və rəsmi Parisin ondan imtina etdiyi bildirilir.

Müəllif həmçinin franko-erməni koalisiyasının yeni dünya düzəninin iki aparıcı aktoru və qarantı olan ABŞ və Rusiyanın maraqlarına zərbə vurduğunu və dünya ictimaiyyətini çaşdırmağa cəhd etdiyini vurğulayır. Yazıda Makronla xəyanətkar sövdələşməyə girən Paşinyan bir tərəfdən Rusiyanın kürəyinə daha bir zərbə vurduğu, digər tərəfdən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin həlli istiqamətində “Vaşınqton prosesi”ni alt-üst etdiyi bildirilir. 

Həmçinin, Moldova mətbuatında dərc olan məqalədə müəllif qeyd edir ki, rəsmi Paris bu addımı ilə nəinki Azərbaycana son potensial beynəlxalq və siyasi təzyiq vasitəsini itirdi, həm də Cənubi Qafqazda regional təhlükəsizlik sisteminə aktiv geosiyasi müdaxilə perspektivlərinə son qoydu. “Parij Azərbaycanın tamamilə etimadı itirdi”, - müəllif qeyd edir.

Məqalə ilə daha ətraflı aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://rupor.md/prezident-azerbajdzhana-zakryvaet-armyanskij-vopros/

 vacib.jpeg (486 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR