İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı xarici turistlər üçün necə cazibədar edək? - Rəylər

465 27.12.2022 13:00 Siyasət A A

“Bilet qiymətləri münasib olmalı, hostellərin, 4 ulduzlu hotellərin sayı artırılmalı, təbliğat gücləndirilməlidir”

“Ermənistan rusiyalı turistlər üçün ikinci ən populyar xarici səyahət məkanıdır. Moskva və İrəvan turizm əlaqələrini gücləndirməyə davam edəcək”.

Bu barədə dünən jurnalistlərə Rusiya baş nazirinin müavini, Rusiyaya, Azərbaycan və Ermənistan arasında kommunikasiyalarla bağlı ortaq komissiyanın həmsədri Aleksey Overçuk bildirib. “Həqiqətən də Ermənistan bu gün Rusiya vətəndaşları arasında çox populyardır və xarici səfərlərin sayına görə Türkiyədən sonra ikinci yerdədir. Yeni il ərəfəsində Ermənistana gedənlərin sayı artıb. Təbii ki, biz burada həm də turoperatorlar arasında, Ermənistanın turizm sənayesi ilə Rusiyanın turizm sənayesi arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcəyik”, - deyə o, Moskvada Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 21-ci iclasının yekununda bildirib.

Overçukun açıqlaması bizim üçün əlbəttə ki, məyusedicidir. Bunu da yaddan çıxarmaq olmaz ki, turizm təkcə iş yerləri, ölkəyə əlavə valyuta axını demək deyil. Turizm sferası həm də özündə ölkənin təbliğatı kimi mühüm siyasi element daşıyır. Hər bir xarici turist qayıdarkən özü ilə olduğu ölkə haqda xoş bir təəssürat aparır. Çox vaxt da bu təəssürat pozitiv olur və müəyyən mənada yerli ictimai rəyə təsir edir. Bizə qarşı ərazi iddiasından əl çəkməyən Ermənistan isə Azərbaycana düşmən dövlət olaraq qalır.

Səyahətçilərdən müraciət: PCR test ləğv edilsin!

Rəna Kərimova

Səyahətçi bloger Rəna Kərimova “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ən böyük faktor biletlərin baha olmasıdır: “Digər ölkələrlə müqayisədə Azərbaycana biletlərin qiyməti kifayət qədər bahadır. Loukost uçuşlar azdır. Quru sərhədlər açıq olanda turistlərin Gürcüstandan Azərbaycana keçməsi mümkün idi. Hava nəqliyyatı ilə isə məsələn, Avropadan Azərbaycana ailə ilə səyahət etmək üçün biletə ən azı 2-3 min manat xərcləmək lazım gəlir. Qonşu Gürcüstandan Avropanın bir çox şəhərlərinə ucuz uçuşlar var. Bizdə isə bu baxımdan məhdudiyyət çoxdur. Yenə də sevindirici haldır ki, yeni reyslər açılır. Məsələn, may ayından Bakıdan Romaya birbaşa uçuşlar başlayacaq. Digər məqam təbliğatla bağlıdır. Turistlərin əksəriyyəti Bakıya gəlir, regionlara səyahət edənlər azlıq təşkil edir. Bu baxımdan regionların turistik imkanlarını tanıtmalıyıq. Qonşu Gürcüstan və Türkiyədə hotel qiymətləri də münasibdir. Restoran, kafe, nəqliyyat qiyməti də Azərbaycandan qat-qat ucuzdur. Türkiyədə xidmət səviyyəsi dünyanın bir çox ölkələrindən dəfələrlə üstündür. Bilet qiymətləri münasib olmalı, hostellərin, 4 ulduzlu hotellərin sayı artırılmalı, təbliğat gücləndirilməlidir”.

Dünyadakı ərzaq böhranı Azərbaycanda hansı iqtisadi fəsadlar yarada bilər?

ldəniz Əmirov 

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycana turistlərin gəlməsini məhdudlaşdıran səbəblərdən birincisi quru yollarının bağlı olmasıdır: “Quru sərhədlər bağlıdırsa, yeganə alternativ hava nəqliyyatıdır. Təyyarə biletlərinin baha olması, xidmətin qənaətbəxş olmaması turistləri Türkiyəyə, Gürcüstana, Ermənistana səyahət etməyə vadar edir. Ermənistanla bağlı konkret bir məqamı vurğulamaq yerinə düşər. Ermənistanda iqtisadi fəaliyyət sahələrində rus faktoru çox güclüdür. Digər önəmli faktor budur ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra 10 minlərlə insan Rusiyaya köç edib, vətəndaşlıq alıb. Həmin vətəndaşlar bu və ya digər formada müəyyən fəaliyyətə başlamışdılar, öncədən Rusiyada yaşayan ermənilərlə müəssisələr qurmuşdular. Hazırda Rusiya vəziyyət pisləşdiyi üçün həmin vətəndaşlar geri qayıdır”.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində isə ölkəyə 1 162 949 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 126 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin ilk 9 ayında ölkəyə 515 280 xarici turist səfər etmişdi. Ən çox turist isə Rusiya (46 162), Türkiyə (29 506), İran (16 717), Hindistan (8626), Gürcüstan (8009), Səudiyyə Ərəbistanı (7368) və Pakistandan (5432) gəlib. Ziyarətçilərin regionlar üzrə payı Rusiya üzrə 29,07, Türkiyə üzrə 18,58, Yaxın Şərq üzrə 11,35, İran üzrə 10,53, Cənubi Asiya üzrə isə 9,32 faiz olub.

Bu ilin ilk 9 ayında ən çox əcnəbilərin gəldiyi top 15 ölkənin statistikasına görə, Rusiyadan 309 min, Türkiyədən 228 min, İrandan 128 min, Səudiyyə Ərəbistanından 86 min, Gürcüstandan 56 min, Pakistandan 38 min, Hindistandan 36 min, BƏƏ-dən 27 min, Qazaxıstandan 22 min, Ukraynadan 21 min, İsraildən 20 min, Küveytdən 19 min, Özbəkistandan 18 min, Omandan 16 min, Birləşmiş Krallıqdan isə 13 min əcnəbi gəlib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR