İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan turist axını 2 dəfə artıb

685 16.08.2022 13:10 İqtisadiyyat A A

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 829,4 min nəfər olub.

Bu barədə Musavat.com-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumata görə, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 1,9 dəfə, Rusiyaya gedənlərin sayı isə 23,2% artıb. Ölkə vətəndaşlarının 47,9%-i Türkiyəyə, 16,6%-i Rusiyaya, 12,2%-i İrana, 8,3%-i Gürcüstana, 15%- digər ölkələrə səfər edib.

Gedənlərin 64,8%-ni kişilər, 35,2%-ni qadınlar təşkil edib.

2022-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edənlərin 60,1 %-i hava, 37,3 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR