İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda zəncirvari qəza: xəsarət alan var - FOTO

491 20.01.2024 08:58 Hadisə A A

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, qəza Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Hyundai" markalı minik avtomobilinin sürücüsü maşını əvvəlcə "Mercedes" markalı yük avtomobilinə çırpıb. Daha sonra minik maşını "Chevrolet" və "Nissan" markalı minik avtomobillərinə dəyib.

Hadisədə bir nəfər xəsarət alıb. Yaralıya əraziyə çağırılmış təcili tibbi yardım avtomobilində ilkin tibbi yardım göstərilib.

Avtomobillərə ciddi zərər dəyib. Qəza yerinə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR