İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ŞOK DƏLƏDUZLUQ - Baş həkim 9 nəfəri belə aldadıb

2296 03.08.2023 18:58 Kriminal A A

Gəncə Dəmir Yolu Xəstəxanasının sabiq baş həkimi Vidadi Seyidov məhkəmə qarşısına çıxarılacaq.

Musavat.com xəbər verir ki, Vidadi Seyidov 9 nəfərə qarşı dələduzluqda ittiham olunur.

Artıq onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Roman Ələkbərlinin icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 10-na təyin edilib.

Cinayət işi üzrə Xəyal Məmmədov, Humay İbrahimova, Firəngiz Musayeva, Ələsgər Ramazanov, Şəfəq İsmayılzadə, Sofi Məmmədov, Faiq Əhmədov, Mahir İsmayılov və Qafil Xələfov zərərçəkmiş qismində tanınıb. Sabiq baş həkim onları aldadıb, pullarını, əmlaklarını ələ keçirməkdə təqsirləndirilir.

Vidadi Seyidova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində əvvəl həbs qətimkan tədbiri seçilsə də, sonradan ev dustaqlığına buraxılıb.

Onu da bildirək ki, Vidadi Seyidov 2 il əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə məxsus “Gəncə Dəmir Yolu Xəstəxanası” MMC-nin baş həkimi vəzifəsindən azad olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR