İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dəhşətli qəza - Ölənlər var

1334 19.06.2024 14:09 Hadisə A A

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü Umudov Əflatun Əflan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Cəyli kəndi ərazisində aşıb. 

Bir neçə dəfə yuvarlanaraq əkin sahəsinə düşən maşının sürücüsü ağır xəsarətlər alıb. 

Avtomobildə olan sərnişinlər - 1984-cü il təvəllüdlü Ceyhun Ağanəzər oğlu Xanalıyev, 1993-cü il təvəllüdlü Toğrul Hikmət oğlu Xanalıyev və 1982-ci il təvəllüdlü Süleyman Qarakişi oğlu Əhmədov hadisə yerində vəfat edib.

Vəfat edən şəxslərdən Ceyhunla Süleyman bacanaq olublar.

Sürücü Umudov Əflatun ağır vəziyyətdə Bakıya aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR