İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: İş adamı öldü VİDEO

2217 18.05.2022 16:08 Hadisə A A

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, ağır qəza Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Bərdə rayonu, Qarayüsifli kəndindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin sürücüsü 65 yaşlı Cəlil Hacıyev sükan arxasında olarkən ürəyində problem yaranıb. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü Cəlil Hacıyev aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Məlumata görə, ölən şəxs sahibkardır və dəvə təsərrüfatı ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR