İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda aviabiletlər niyə bahadır? – VİDEO

717 08.07.2022 09:45 Sosial A A

Yayda hamımız istirahətə getmək istəyirik. Hazırda ölkəmizdə Türkiyə istiqamətinə olan təyyarə biletlərinin qiymətləri ilə maraqlanmaq kifayətdir ki, arzumuz ürəyimizdə qalsın. Amma qonşu Gürcüstandan bu istiqamətə reallaşan uçuşlar üçün bunu demirik. Çünki ölkəmiz ilə müqayisədə orada qiymətlər daha ucuzdur. Tur paketlərin qiymətində isə elə də ciddi fərq yoxdur. 

Artıq bir neçə ildir ki, ancaq bu məsləhəti alırıq. Qonşu Türkiyəyə getmək fikrin varsa, tur paketi, xüsusilə, təyyarə biletlərini Gürcüstandan al. Bu, daha sərfəli olacaq və pulun yarısı cibində qalacaq.

Hazırda Gürcüstandan İstanbul və Antalya istiqamətinə gediş-gəliş biletinin qiyməti 1 nəfər üçün 212-382 manat arasında dəyişir. Ölkəmizdə isə bu qiymətə yalnız gediş üçün belə bilet almaq mümkün deyil. Yerli aviaşirkətimiz bileti vətəndaşlara 2, hətta 3 dəfə daha baha qiymətə təklif edir.

Tur paketlərə gəlincə, Gürcüstanda fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri olan Mariam Apxazava deyir ki, xarici ölkələrə təşkil etdikləri turlara tələbat artıb. Müştərilər arasında azərbaycanlılar çoxluq təşkil edir. Buna səbəb isə qiymətlərin sərfəli olmasıdır.

Lakin turpaketlərin qiymətində elə də ciddi fərq hiss olunmur.

Qeyd edək ki, qiymətlər aya, günə və mövsümə görə dəyişir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR