İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ağır yol qəzası: 1 nəfər ölüb, 6 nəfər yaralanıb

719 06.08.2023 14:00 Hadisə A A

Salyanda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hundai” markalı avtomobil minik maşın ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər ölüb.

2018-i il təvəllüdlü Həsənli Aağakərim Təbriz oğlu, 2014-cü il təvəllüdlü Həsənli İsmayıl Təbriz oğlu, 1960-cı il təvəllüdlü Həsənova Nəzakət Xeyrulla qızı, 2012-ci il təvəllüdlü Qasımova Cığatel Ayaz qızı, 2022-ci il təvəllüdlü Həsənli Zəhra Təbriz qızı, 1996-cı il təvəllüdlü Həsənova Fatma Ceyhun qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR