İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 12 yaşlı qız divandan yıxılıb ÖLDÜ

1294 11.08.2023 16:40 Hadisə A A

Lənkəranda bədbəxt hadisə baş verib.

Musavat.com APA-ya istinadən bildirir ki, hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış binasında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ləman Elnur qızı İsmayılova evdə qardaşı ilə oynayarkən divandan yıxılıb və boynu qırılıb. Aldığı xəsarətlərdən L.İsmayılova hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR