İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan reinteqrasiyada niyə maraqlıdır? – Ekspertdən AÇIQLAMA

1112 10.10.2023 22:42 İqtisadiyyat A A

“Azərbaycan tərəfi təbii ki, terror və hansısa qeyri qanuni əməllə əlaqəsi olmayan erməni əsilli vətəndaşlarının bir hissəsinin Qarabağa geri qayıtmasında maraqlıdır. Hətda bununla bağlı rəsmi dairələrdən açıqlamalar da var”.

Bu sözləri ReAL Partiyasının icra katibi, ekspert Natiq Cəfərli Musavat.com-a açıqlaması zamanı deyib. Ekspert bununla bağlı Azərbaycan hökumətinin əlində də kifayət qədər məlumat bazasının olduğunu bildirib.

“Azərbaycan hökumətinin əlindədə kifayət qədər məlumat bazası var idi, ermənilərin Qarabağdan çıxışı zamanı da həmin məlumat bazası yeniləndi ki, kimlər Qarabağda doğulub, kimlər sonradan Livan və Suriyadan bölgəyə gətirilərək yerləşdirilib. Təbii ki, Livan, Suriya və Ermənistandan gəlib ora qanunsuz olaraq yerləşən yaxud yerləştirilənlərin geri qayıtmaq şansları yoxdur və qayıtmayacaqlar. Amma Xankəndi və ətraf ərazilərdə doğulan Azərbaycan vətəndaşlarının, yerli əhalinin bir qisminin geri qaytarılması mümkündür. Təbii ki, o qayıdanlar də çox ciddi təhlükəsizlik nəzarətindən keçəcəklər, hər istəyən əlini-qolunu sallayaraq gəlməsi mümkünsüzdür. Azərbaycan tərəfi bundan nə üçün israrlıdır? Çünki dünyanın bizə qarşı olan münasibətini hamımız görürük. Çox zaman haqlı mübarizəmizdə bizi haqsız duruma salmaq istəyirlər.

Azərbaycan tərəfi də beynəlxalq hüquqa uyğun olaraq davranmağa çalışır, düz də edir. Reinteqrasiya ilə bağlı artıq müəyyən işlər görülüb, müraciət edənlər də var. Və mənə elə gəlir ki, Azərbaycan tərəfinin doğru apardığı siyasət nəticəsində Qarabağa bir neçə min erməni əsilli Azərbaycan vətəndaşlarının qayıtması və normal yaşaması dünya üçün də pozitiv siqnal ola bilər” – deyə Natiq Cəfərli bildirib.

 

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR