Azərbaycan millisinin futbolçusu "Qalatasaray"ı ÇL-in qrupa çıxardı (VİDEO)
"Qalatasaray" qadın futbolçulardan ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinə vəsiə qazanıb.
Qaynarinfo xəbər verir ki, İstanbul klubu 2-ci mərhələnin cavab matçında "Slaviya" ilə qarşılaşıb.
Komandalar arasında ilk oyun 1:1, cavab görüşü 2:2 hesabı ilə bitib və qalib əlavə vaxtda müəyyənləşib. Azərbaycan millisinin forvardı Nazlıcan Parlak əlavə vaxtda komandasının üçüncü qolunu vuraraq "Qalatasaray"a qələbə qazandırıb.
Nəticədə "Qalatasaray" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.