İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan məktəblərində rus bölməsi bağlanmalıdırmı? VİDEOSORĞU

2566 29.04.2022 19:29 Reportaj A A

Ukraynaya işğalçı hücum və iki aydan çoxdur davam edən müharibə Rusiyanın MDB məkanında da nüfuzunu yerlə bir etdi. Bu ölkələrin əksəriyyətində rus dilində təhsil ləğv olunub. Azərbaycan isə azsaylı dövlətlərdəndir ki, burada Azərbaycan dili ilə yanaşı, rus dilində də təhsil var və məktəblərdə rus bölməsi fəaliyyət göstərir.

Bu bölməyə təkcə valideynləri rus və ya rusdilli olanlar deyil, digər azərbaycanlılar da öz övladlarını göndərməkdə maraqlıdırlar. Onlar bunu daha çox övladlarının rusdilli olması, gələcəkdə əmək bazarında yer tuta bilməsi üçün etdiklərini deyirlər. Son olaylar isə artıq vəziyyəti dəyişdi.

İşğaldan əziyyət çəkən bir xalq kimi Azərbaycan xalqı bu müharibədə Ukraynanın tərəfindədir. Bəs, görəsən, gələn tədris ilində necə olacaq? Yenə də rus bölməsinə yüksək maraq müşahiddə edəcəyikmi? Ümumiyyətlə, Azərbaycanda rus bölməsi bağlanmalıdırmı?

Musavat.com olaraq bu sualla bağlı paytaxt sakinləri arasında sorğu keçirdik.

Alim Liftiyev,
Rafet Şahbazov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR