İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan futbolunda görünməmiş hadisə - Dodaq uçuran məbləğ ödənildi!

2734 15.12.2023 18:42 İdman A A

I Liqanın 11-ci turu «Difai»nin tarixinə keçdi.

Çempionatda ilk mövsümünü keçirən «fədailər» qələbə arzusunu Şamaxıda reallaşdırdı.

Elgiz Kərəmlinin çalışdırdığı komanda «Karvan»la qarşılaşmadan 1:0 hesablı qalibiyyətlə ayrıldı. Qarabağ qazilərinin təmsilçisi bu 3 xal sayəsində turnir cədvəlinin son pilləsini tərk etdi.

Klub rəhbərliyi çempionluğa iddialı rəqib üzərində əldə olunan uğur münasibətilə kollektivi böyük miqdarda mükafatlandırıb. 30 min manat ödənilib.

Bu, rekord rəqəm və görünməmiş haldır. Hələ birinci liqa tarixində belə mükafat olmayıb.

Yevlax təmsilçisi ilə qarşılaşmadan öncə oyunçulara 10 min manat mükafat vəd edilib. Fasilədə məbləğ 20 min manata qaldırılıb.

Final fitindən sonra isə komanda üzvləri funksionerlərdən «mümkünsə, mükafat 30 min olsun» xahişi edib. Düşərgədəki ab-havanı nəzərə alan rəsmilər onların sözünü yerə salmayıb./SPORTİNFO.AZ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR