İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan 12 xalı Böyük Britaniyaya yox, Ukraynaya veribmiş...- VİDEO

3998 15.05.2022 08:37 Gündəm A A

Xəbər verdiyimiz kimi, “Avroviziya” mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problem yaşanıb.

"Qafqazinfo"nun məlumatına görə, bu səbəbdən əvvəlcədən planlaşdırıldığı kimi, Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, yarışmada Martin açıqlayıb.

Martin Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyi açıqlasa da, bunun əslində belə olmadığı məlum olub. Belə ki, Nərmin Salmanova İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Azərbaycanın 12 xalı əslində Ukraynaya verdiyini açıqlayıb. Məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, yarışın qalibi Ukrayna olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR