İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Badamov: “Müzakirə olunmalı qanun layihələri qalıb...”

661 21.05.2024 15:37 Siyasət A A

“Milli Məclisin yaz sessiyası başa çatandan sonra növbədənkənar sessiyanın çağırılması həmişə olub. Burada qeyri-adi bir şey yoxdur”.

Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov deyib.

O, növbədənkənar sessiyanın parlament seçkiləri ilə əlaqəsi olmadığını qeyd edib:

“Milli Məclisin gündəliyində müzakirə olunmalı kifayət qədər qanun layihələri qalmaqdadır. Əgər bu qanun layihələri, beynəlxalq sazişlər mayın sonuna qədər müzakirə olunub qəbul olunmazsa, növbədənkənar sessiya çağırıla bilər. Təbii ki, növbədənkənar sessiyanın çağırılması deputatların təşəbbüsü və razılığı ilə olur”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR