İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev “Yaşıl transformasiya: qərardan fəaliyyətə” adlı sessiyada çıxış edəcək

352 05.12.2023 17:35 Son xəbər A A

ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri və qurumun İqtisadi məsələlər, Ətraf Mühit, Elm və Texnologiya Baş Komitəsinin sədri Azay Quliyev BMT-nin Ətraf Mühit Proqramının təşkilatçılığı ilə keçirilən Barselona Konvensiyası və Müqaviləsi İştirakçılarının Nazirlər Sessiyasının 23-cü iclasında iştirak etmək üçün dekabrın 6-da Sloveniyanın Portoroj şəhərinə səfər edəcək.

Musavat.com Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, sessiya çərçivəsində ölkələrin biomüxtəlifliyin qorunması, ekosistemin mühafizəsi, dənizlərin çirklənməsinin qarşısının alınması üzrə tətbiq edilən təcrübə və bu sahədə qanunvericilik bazası müzakirə olunacaq.

Azay Quliyev “Yaşıl transformasiya: qərardan fəaliyyətə” adlı sessiyada ATƏT PA-nın yaşıl iqtisadiyyat və iqlim dəyişikliyi ilə əlaqədar qəbul etdiyi qətnamələri, bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə görülən tədbirlər və rəhbərlik etdiyi komitənin gələn il üçün nəzərdə tutulan fəaliyyəti barədə çıxış edəcək.

Tədbirin sonunda Nazirlərin Portoroj Bəyənnaməsi qəbul ediləcək.

Səfər dekabrın 8-də başa çatacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR