İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtoşluq edib sosial şəbəkədə paylaşdı- 500 manat cərimələndi

453 31.07.2023 19:04 Kriminal A A

İsmayıllıda avtoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, rayon sakini Musa Xəlilli sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə yol-hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq hərəkətləri edib.

O, yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtonəqliyyat vasitəsi özünün də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.

Musa Xəlilli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Qərara əsasən onun barəsində 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR