İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Şurasında əleyhimizə səs verənlərin ŞOK siyahısı – Deputat GİZLİNLƏRİ açır...

2004 25.01.2024 15:00 Son xəbər A A

Ukrayna tərəfi etiraz əlaməti olaraq səsvermədə iştirakdan imtina edib. Qərarın əleyhinə səs verənlərin 9-u Türkiyədən, biri isə Albaniyadan olan deputatdır.

Bitərəf qalanların ikisi İsveçrədən, biri Norveçdən, biri isə Bosniya və Hersoqovinadandır. Türkiyənin kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputatı da Azərbaycana qarşı mövqe tutub.

Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino və Azərbaycana az qala “qardaş” deyən Serbiya da olub...

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

“Son 10-15 ildə AŞPA-nın bu cür sanksiyası ilə yalnız Rusiya iki dəfə qarşılaşıb”.

Bu sözləri siyasi şərhçi Turab Rzayev AŞPA-nın Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsi və etimadnaməsini təsdiqləməməsi ilə bağlı qərarını şərh edərkən deyib.

“Rusiya Krımı faktiki olaraq işğal etsə də, AŞPA yalnız Rusiya nümayəndə heyətinin səsvermə hüququnu dondurdu, ancaq etimadnamənin təsdiqi ilə bağlı heç bir problem yaratmadı. Yəni işğalçı olduğunu təsdiqlədiyi ölkəyə qarşı belə etimadnaməsinin mübahisələndirilməsinə cəsarət etmədilər. Moskva isə cavabında öz deputatlarının mandatı üçün müraciət etmədi və AŞPA-da Rusiyanın yerləri boş qaldı”.

“AŞPA bəlkə də bu günə qədər gəlib-keçmiş ən saxta, ən ikiüzlü, ən qeyri-adekvat qurumdur. AŞPA-nın hazırkı prioriteti ədalət və azadlıq deyil, rəzalət və təzadlıqdır!” – Deputat Elşən Musayev deyib.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu deputat Asim Mollazadə ilə AŞ PA mövzusunda söhbətləşir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR