İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa qaz ehtiyatlarını rekorda çatdırdı

653 19.10.2023 11:46 İqtisadiyyat A A

Avropanın qaz anbarları rekord həcmdə qazla doldurulub.

Musavat.com Gas Infrastructure Europe-yə istinadən xəbər verir ki, oktyabrın 17-də Aİ ölkələrində yeraltı anbarlardan 58 milyon kubmetr qaz götürülüb, 80 milyon kubmetr vurulub.

Hazırda Avropanın anbarları 98,12 faiz doludur və onlarda 108 milyard kubmetr qaz var. Bu, Aİ-də qaz ehtiyatlarının tarixi maksimumudur. İndiyədək bu vaxt anbarlarda belə doluluq qeydə alınmayıb.

Oktyabrda Avropanın elektrik enerjisi istehsalında külək enerjisinin payı 20 faizə yüksəlib.

Maye qaz terminallarından Avropa qaz nəqli şəbəkəsinə təbii qazın nəqli bir qədər artıb, lakin oktyabr ayında 2021-ci ilin dekabrından bu yana minimum səviyyədədir. Hazırda maye qaz terminalları öz gücünün 52 faizi həcmində işləyir. Sentyabrda Avropada qazın orta alış qiyməti min kubmetr üçün 417 dollar təşkil edib, oktyabrda isə 486 dollardır.

Hazırda Avropada qazın min kubmetri təxminən 540 dollara satılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR