İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa qaz anbarlarını 80 faiz doldurdu – Qiymətlər kəskin ucuzlaşdı

988 29.08.2022 11:25 İqtisadiyyat A A

Bu gün Avropanın qaz anbarları 80 fazi dolmuş olacaq. Avqustun 27-də anbarlar 79,36 faiz dolu olub.

İstirahət günləri anbarlara gündə 0,4 faiz, iş günlərində 0,3 faiz qaz vurulduğunu nəzərə aldıqda, bu günün sonunda oktyabrın 1-nə qədər təmin olunması nəzərdə tutulan 80 faizlik həddin təmin olunduğunu söyləmək olar. Hazırda 80 faizlik həddi keçən ölkələr Belçika, Çexiya, Danimarka, Fransa, Almaniya, İtaliya, Polşa, Portuqaliya və İspaniyadır. Avropa Komissiyasının planına uyğun qaz depolamağı bacarmayan ölkələr isə Avstriya, Bolqarıstan, Xorvatiya, Macarıstan və Latviyadır(bu ölkənin anbarları cəmi 55 faiz doldurulub).

Anbarlarda qış mövsümü üçün nəzərdə tutulan həcmlərin indidən təmin edilməsi xəbəri Avropada qaz qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub. Belə ki, bu gün səhər Niderlandın TTF birjasında qazın min kubmetrinin qiyməti 7 faizdən çox ucuzlaşmaqla 2950 dollardan aşağı düşüb.

Avropada anbarların 80 faiz doldurulmasının Meksika körfəzində tufan mövsümünün başlanmasından öncə təmin olunması qitə üçün böyük əhəmiyyət kəsb edir. Adətən Meksika körfəzinda tufanlar mövsümü noyabra qədər davam edir və ərazidən maye qaz ixracını xeyli məhdudlaşdırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR