İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offa yüksəlib

1873 14.12.2023 23:43 İdman A A

İlk yayın vaxtı 21:47

"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. "Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.

H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini darmadağın edib - 5:1.

Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR