İnsanlara hürriyət, millətlərə istiqlal!

"Avropa İttifaqı müharibəyə hazırlaşmalıdır" - ŞOK XƏBƏRDARLIQ

548 27.05.2024 18:02 Dünya A A

Rusiyanın Ukraynaya davam edən işğalı və Rusiya prezidenti Vladimir Putinin təkrar təhdidləri fonunda Avropa İttifaqı mümkün müharibəyə hazırlaşmalı və birgə silahlar üçün tədbirlər görməlidir.

Musavat.com xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Almaniyanın Deutschlandfunk radiosuna deyib.

Əvvəllər Almaniya Müdafiə Nazirliyinə rəhbərlik etmiş Von der Lyayen Ukraynaya ardıcıl dəstəyin və eyni zamanda özünün müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb:

"Əgər biz qitəmizdə sülhü qorumaq istəyiriksə, o zaman müdafiəyə sərmayə qoymalıyıq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR