İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı dinləyici cihazların Rusiyaya ixracına qadağa qoydu

437 27.05.2024 22:08 Dünya A A

Avropa İttifaqının Rusiyaya qarşı Navalnı adına “insan hüquqlarının pozulmasına görə” yeni sanksiyalar paketində danışıqları və digər kommunikasiya məlumatlarını dinləmək, izləmək və ya ələ keçirmək üçün Rusiyaya polis avadanlığı və texnologiyasının tədarükünə qadağa qoyub.

Musavat.com Aİ Şurasının bəyanatına istinadən xəbər verir ki, yeni sanksiya rejimi həmçinin daxili repressiya və informasiya təhlükəsizliyi sahəsində avadanlıq, texnologiya və ya proqram təminatı, o cümlədən telekommunikasiya məlumatlarının monitorinqi və ya ələ keçirilməsi üçün istifadə oluna bilən avadanlıq və avadanlığın ticarəti və ixracına məhdudiyyətləri də əhatə edir.

Bu sanksiya rejimi çərçivəsində Avropa İttifaqı Federal Penitensiar Xidmətə, həmçinin Aleksey Navalnının, “Memorial”ın həmsədri Oleq Orlovun, rəssam Saşa Skoçilenkonun və digər məhbusların işlərində iştirak etmiş 19 müstəntiq, prokuror və hakimə qarşı sanksiya tətbiq edib. Bütün şəxslərin Avropa İttifaqı ərazisinə daxil olması qadağandır və onların aktivləri, Aİ ölkələrində aşkar edilərsə, dondurulacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR