İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atletiko Madrid” klubu satışa çıxarıldı

976 12.12.2023 14:24 İdman A A

Madridin “Atletiko” futbol klubu satılır.

Prosesi başladan klubun baş direktoru Migel Anxel Gil Marinlə prezidenti Enrike Sereso “Atletiko”nun səhmlərinin 65 faizinə sahibdirlər.

Məlumata görə, artıq ilk görüşlər baş tutub. Madrid klubunu ala biləcək namizədlər arasında ABŞ-lı iş adamı, “Mayami Dolfins” futbol komandasının sahibi Stiven Ross var.

Qeyd edək ki, hazırda “Atletiko Madrid” İspaniya çempionatının turnir cədvəlində 34 xalla dördüncü yerdədir. Komanda növbəti mərhələdə “Atletik Bilbao” ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 16-da baş tutacaq.

Çempionlar Liqasında komanda 11 xalla öz qrupunun turnir cədvəlinə başçılıq edir.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR