İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT-in tədbirində erməni təxribatı: Sarkisyanı necə susdurduq?

2231 11.10.2022 08:50 Media A A

Erməni vətəndaş cəmiyyəti fəalları postmüharibə dövründə Azərbaycanı aqressor kimi təqdim etməyə çalışır, QHT rəhbəri erməni spikeri yerinə oturtdu

Erməni tərəfi postmüharibə dövründə bütün potensialını səfərbər edərək beynəlxalq ictimaiyyətdə Azərbaycan haqda aqressor imici yaratmağa çalışır. Guya biz işğalçıyıq, guya erməni abidələrini dağıdırıq, guya dini ayrı-seçkilik edirik, erməni xalqına qarşı nifrət təbliğatı aparırıq.

Hərçənd Azərbaycanda 30 min erməni yaşadığını dəfələrlə bəyan etmişik, Xankəndi və ətraf ərazilərdə olan erməniləri vətəndaşımız sayırıq, onlara digər azərbaycanlılar kimi eyni hüquqları tanımağa hazır olduğumuzu bildiririk. Lakin istər erməni siyasətçiləri, istərsə vətəndaş cəmiyyəti fəalları, o cümlədən diaspor nümayəndələri hər fürsətdə Azərbaycanı aqressor kimi təqdim etməyə çalışır, dünyaya car çəkərək Azərbaycanı “təcavüzkar” kimi tanıtmağa can atırlar. Şübhəsiz ki, bu kampaniya uğurlu alınmır. Çünki dünya reallığı görməkdədir.

Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam” – Günel Səfərova -  AzToday

Günel Səfərova

“Yeni Müsavat” bildirir ki, sentyabrın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilən insan ölçüsü üzrə konfransda da erməni spiker iştirakçılara yalanlar uydurmağa cəhd etdi. Lakin konfransda iştirak edən Azərbaycanın vətəndaş cəmiyyəti fəalı onu yerinə oturtmağı bacardı. Belə ki, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova tədbirdə kifayət qədər güclü arqumentlər gətirməklə ermənilərin cavabını verdi. ATƏT-in tədbirində yaşananlarla bağlı fikirlərini bölüşən G. Səfərovanın sözlərinə görə, çıxışına başlamazdan əvvəl erməni rəsmisinə sual edib: “Ramil Səfərovun işini xatırlayarkən, Parisdə hava limanını partladan terrorçulardan biri, ASALA-dan olan erməni millətçisi Varoujan Garabediyan işini də xatırlayın. İrəvan şəhərinin meri onunla görüşüb, yaşayış və işlə təmin edəcəyini öhdəsinə götürüb. Müasir dünyanı narahat edən əsas problem beynəlxalq təhlükəsizlik məsələsidir. İrqi ayrı-seçkilik, radikalizm, ekstremizm, ksenofobiya, islamofobiya kimi gücləndirici amillər beynəlxalq təhlükəsizliyə əsas təhdidlərə çevrilməkdədir”.

G.Səfərova konfransda qeyd edib ki, dindən siyasi məqsədlər üçün istifadə edilməsi və qarşıdurma mərkəzlərinin yaradılması nəticəsində kütləvi qaçqın, məcburi köçkün və miqrant axını və dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin sökülməsinə səbəb olur: “Şübhə yoxdur ki, bəzi dövlətlər öz geosiyasi və geoiqtisadi maraqlarını həyata keçirmək üçün silahlı terrorçu qruplar yaradır və onlardan istifadə edirlər;

Hazırda dinlərarası və mədəniyyətlərarası dialoqun dirçəldilməsi çox vacib və zəruri görünür. Bütün beynəlxalq təşkilatlara, dünyanın mötəbər dini mərkəzlərinə, dövlətlərinə bu istiqamətdə bütün səylərini birləşdirməsi lazımdır. Bu baxımdan Azərbaycan Respublikası bu missiyanı ən yaxşı şəkildə həyata keçirmək üçün öz mənəvi borcunu yerinə yetirmək üçün hər cür səy göstərir. Etnik-dini abidələrə ayrı-seçkilik etmədiyini, əksinə, fərqli mədəniyyətlərə hörmət etdiyini göstərir. İndi mən burada təmsil olunan bəzi beynəlxalq təşkilatların narahatlığını eşitdim. Sualım var: o təşkilatlar 30 il ərzində harada idilər? Və mən onları vəziyyəti qiymətləndirməyə və münaqişədən sonrakı real vəziyyətə qərəzli yanaşmadan hesabat verməyə dəvət etmək istərdim".

Hüquq müdafiəçisinin sözlərinə görə, ümumiyyətlə, beynəlxalq təşkilatlar öz fəaliyyətlərində  qaydalardan ibarət sənədlərə əsaslanır:  “Məsələn, maraqların toqquşması, korrupsiya siyasəti, konfidensiallıq, etik kod və s. yalan olmasın 10 sənəd imzalatdırırlar. ATƏT kifayət qədər siyasi çəkisi olan insan haqları vəziyyətini müzakirə edən tədbir təşkil edir və məruzəçi kimi erməni eksperti dəvət edir. O da ağzını açan kimi Azərbaycan əleyhinə  sərsəm fikirlər səsləndirdi. Düzdür, cavabını aldı, amma fransız moderator onun çıxışının mövzudan kənar olduğunu bildirmədi. "Mən orada dedim, spiker İsabella Sarqasyan, siz yanlış məlumat verirsiniz və yanlış fikir formalaşdırırsınız, amma qərəzli yanaşmanızı başa düşürəm. Ermənistan Azərbaycan toponimlərini dəyişdirdi, yüzlərlə tarixi və mədəniyyət abidələri ilə birlikdə məscid və ziyarətgahları sökdü, müqəddəs məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etdi. Azərbaycanda isə heç bir dini və ya mədəniyyət abidəsinin dağıdılması və ya dəyişdirilməsi faktı yenidən kodlaşdırılmamışdır. Azərbaycanın Qarabağ müharibəsi zamanı və hətta indiki dövrdə tutduğu mövqe bunu sübut edir. “Böyük Qayıdış” çərçivəsində hazırda 8 məsciddə əsaslı təmir, yenidənqurma və tikinti işləri aparılır. Eyni zamanda Şuşada məscidlərlə yanaşı, iki kilsənin də bərpasına başlanılıb ki, bu da onu göstərir ki, Azərbaycanda abidələrə qarşı ayrı-seçkilik yoxdur, əksinə, fərqli mədəniyyətlərə və dinlərə hörmətlə yanaşır, çünki bunların hamısı milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir".

 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanıb.

Hazırladı: Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR