İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA-da Azərbaycan QALMAQALI - niyə 76 deputat bizə QUYU QAZDI? - Elxan Şahinoğlu CANLIda

971 25.01.2024 11:30 Son xəbər A A

Avropa Şurası Parlament Assambleyasının yanvarın 24-də axşam iclasında Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər.

76 deputat “lehinə”, 10 deputat “əleyhinə”, 4 nəfər bitərəf qalıb.

Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.

Sonda qətnamə müəllifləri vurğulayıblar ki, Azərbaycan AŞPA-dan qovulmur, sadəcə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və bu istiqamətdə konkret addımlar atmağa çağırılır.

Onu da bildirək ki, Azərbaycan nümayəndə heyəti hələ səsvermədən əvvəl təşkilatı tərk edib. AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında azərbaycanlı nümayəndə heyəti AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaq qərarına gəlib.

AŞPA qalmaqalından çıxan nəticələr nələrdir? Niyə 76 deputat bizim lehimizə səs verib? Quyumuzu qazanlar kimlərdir?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR