İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını döyüb öldürən keçmiş nazir etiraf etdi: “Qəsdən öldürmədim”

1630 01.04.2024 14:06 Dünya A A

Astanada vətəndaşı nikahı ilə yaşadığı qadını – Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilən keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin məhkəməsi keçirilib.

Musavat.com Tengrinews.kz saytına istinadla xəbər verir ki, Bişimbayev Saltanat Nukenovanın qəsdən öldürülməsində özünü təqsirli bilmir, lakin onun ölümündə əli olduğunu etiraf edir.

O, mərhumun yaxınlarından üzr istəyərək, baöışlanacağına ümid etmədiyini deyib və əlavə edib ki, həyat yoldaşını xüsusi amansızlıqla, qəsdən, şüurlu, planlı şəkildə qətlə yetirməyib, ona görə də özünü bunda təqsirli hesab etmir.

“Etiraf edim ki, onun ölümündə mənim əlim olub. Mübahisəmiz olmasaydı, həmin axşam aramızda baş verən bəzi hərəkətlər olmasaydı, bəlkə də heç nə olmazdı”, - deyə Bişimbayev bildirib.

Keçmiş nazir bildirib ki, Nukenovanın qohumları və ümumiyyətlə, prokurorluq “baş verənləri təhrif etmək üçün ona qarşı aktiv piar kampaniyası aparıb”.

“İnternetdə onun gözünün çıxması, kəllə sümüyünün sınması, bədənində salamat yerinin olmaması barədə ifadələri oxumusunuz. Prokurorun oxuduğu ittiham aktında belə bir şey göstərilmir. Mən istənilən cəzanı qəbul etməyə hazıram, amma özümü qorumalıyam. Beş ay mənə canavar dedilər, guya mən onun gözünü çıxartmışam, kəlləsini daıtmışam və s. Bütün bunlar doğru deyil”, - Bişimbayev bildirib.

2023-cü il noyabrın 9-da keçmiş nazir Kuandıq Bişimbayevin saxlanması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, noyabrın 8-də axşam saatlarında Astanada restoranlardan birində ziyarətçilər arasında mübahisə baş verib, nəticədə bir qadın aldığı xəsarətdən ölüb. Mərhumun keçmiş nazirin həyat yoldaşı Səltənət Nukenova olduğu üzə çıxıb. Bişimbayevin özü də elə həmin gün qətldə şübhəli bilinərək saxlanılıb.

İlkin olaraq şübhəli şəxsə qarşı “Hədsiz amansızlıqla törədilmiş adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb. Lakin sonradan onu işgəncədə də ittiham ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR