İnsanlara hürriyət, millətlərə istiqlal!

"Arsenal" 40 il sonra bunu bacardı

822 06.12.2023 10:19 İdman A A

İngiltərə Premyer Liqasında on beşinci turunun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, Londonun “Arsenal” klubu səfərdə “Luton Taun”un qonağı olub və dramatik keçən qarşılaşmada 4:3 hesabı ilə qələbə qazanıb.

"Opta"nın məlumatına görə, bu qələbə sayəsində "Arsenal" uzun qalibiyyətsizlik seriyasına son qoyub. Belə ki, "topçular" bütün turnirlər nəzərə alınmaqla "Luton Taun"la son 10 səfər matçında sevinə bilmirdi. "Arsenal" sonuncu dəfə "Kenilworth Road"da 1984-cü ildə qalib gəlmişdi.

Premyer Liqanın turnir cədvəlinə liderlik edən İngiltərə çempionatının növbəti turunda "Arsenal" "Aston Villa" ilə qarşılaşacaq. Bu görüş şənbə günü, dekabrın 9-da baş tutacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR