İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentina “şkola”sı: onları Roma papası çempion edir?

2287 14.12.2022 01:05 Yazarlar A A

Xorvatiyanın evə qayıtması Rusiya mundialındakı finalın təkrarlanmaq riskini sovuşdurdu...

Argentina-Xorvatiya oyunu ətrafında niyə bu qədər ajiotaj yardılmasının səbəbləri bəlkə də təəccüblü olmamalı idi. Hər iki komanda finalın bir addımlığına gəlmişdilər, diqqətlər əlbəttə ki, onlara yönəlməlidir. Əgər belə bir şans Xorvatiyada ötənilki mundialda olmuşdusa, argentinalılar 2014-cü ildən bəri final üzü görməmişdilər. Xorvatiya son olaraq Rusiya mundialında bu axşamkı rəqiblərinə 3:0 qalib gəlmişdi, toplardan birini də Modriç vurmuşdu.

Oyun ərəfəsi spekulyasiyalar nədənsə, Argentinanı gözdən salmağa yönəlmişdi. Portuqaliya Mərakeşə uduzanda Pepe demişdi ki, bəs, argentinalı hakimlər Messinin komandasının yolunu açdılar. Sonra daha bir tanınmış futbol siması, Zlatan İbrahimoviç ironiyayla Argentinanın mundialın qalibi olacağının əvvəlcədən razılaşdırıldığını dedi. Ola bilsin, bu açıqlamalara bir qibtə, bir paxıllıq hissi də qarışıb. Messi qibtə ediləcək və paxıllığı çəkiləcək futbolçudur. Bu il də “Qızıl top”a da iddiaçılar sırasındadır və sairə.İnsan övladı çiy südlə böyüyür, içini nə bilmək olur ki...

55j.jpg (68 KB)

Ötən dəfə də bu konteksdə qeyd etmişdim ki, kimsə hansısa komandanın çempion olacağını proqnozlaşdıra bilər. Əlbəttə, FİFA da “aydan arı, sudan duru” deyil. Amma hansısa komandanı çempion edəcəyik deyib çirmələnib onu mundialın qalib edilməsi mümkünsüz işdir. Bu sual da cavabsızdır: niyə Fransa, niyə Braziliya, niyə Belçika, niyə Xorvatiya deyil, məhz Argentina? Tutaq ki, Ukrayna mundialda olsaydı, bəlkə də buna siyasi rəng-filan vermək olardı. O halda, Cənubi Amerikanın böyük ərazisinə baxmayaraq, çox da üzdə olmayan ölkəsinə çempionluq niyə hədiyyə verilsin? O zaman qalır bir Messi, bir də Roma papası...

Messi əla futbolçudur, ulduzdur, son mundialıdır və sairə. Roma papasına gəlincə, Argentinanın 90 fiazi katolikdir, yəni qınamayın, başqa versiya adamın ağlına gəlmir. Deyim ki, Argentinanın xeyrinə verilən ən azı iki penalti ilə bağlı şübhələrimi yazmışam. Amma bu da daha çox mundialdakı bərbad hakimliklə bağlıdır.

hhhh.jpg (80 KB)

Daha bir iddia haqda Xorvatiya mətbuatı yarımfinaldan bir gün əvvəl yazmışdı. İddia olunurdu ki, argentinalılar oyunun ilk dəqiqələrindən xorvatların oyunçularını təxribata çəkmək istəyəcəklər. Guya argentinalılar hesab edirlər ki, xorvat oyunçuların bəzilərinin əsəbləri zəifdir və onları itələməklə, doğmaları haqqında təhqiredici ifadələr işlətməklə özlərindən çıxarmaq mümkündür. Hətta guya üç argentinalı futbolçu əsəbləri zəif olan üç xorvatiyalı oyunçunu necə təhrik etmək barədə xüsusi təlimat alıb. Amma oyun göstərdi ki, argentinalıların xorvatlara söyməsinə ehtiyac yoxmuş. Nə müqavimət, nə bir fərli oyun göstərdilər.

Alveri(s)zin ikinci qolu mənə Maradonun 1986-cı ildə bir neçə oyunçunu aldadıb vurduğu qolu xatırlatdı. Argentina “şkola”sı qalır demək...Yarımfinalda da xorvatlara yaxşı dərs verdilər. Bu mundialda nə Argentinanın, nə Xorvatiyanın “bu əsl çempionun oyundur” dedirdəcək qarşılaşmasını görmədik. Bu axşamkı oyun da istisna deyildi. Ancaq mundialdakı bir komanda haqda onu demək mümkündür. Bildiniz, hansı komandadır...

kkkjj.jpg (78 KB)

Xorvatlar nəyə ümid edirdilər, necə oyun sistemi qurmuşdular, anlamaq olmadı. Yoxsa, yenə penallaşmayamı ümid edirdilər? Müdafiə o qədər zəif oynadı ki, hesab daha böyük ola bilərdi. Xorvatiyanın evə qayıtması Rusiya mundialındakı finalı(Xorvatiya-Fransa) təkrarlamaq riskini sovuşdurdu.

Kim bilir, bəlkə Mərakeş-Argentina finalı oldu...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR