İnsanlara hürriyət, millətlərə istiqlal!

Aprel-may aylarında Sabunçuda 92 narkotacir saxlanılıb

456 15.05.2023 12:52 Son xəbər A A

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən aprel-may ayları ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 91 nəfər saxlanılıb.

DİN-dən Musavat.com-a verilən məlumata görə, araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 8 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir

Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 43 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum molunmuş Maştağa qəsəbəsi sakini Rafiq Bağırov da saxlanılılıb. Onun üzərindən 1 ədəd “Valter” markalı tapança, 2 ədəd patron və patron darağı aşkar olunub. Rafiq Bağıro odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Qeyd edilən faktla bağlı arşadırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR