İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalıların "Qara cümə" xərcləri REKORD qırdı

726 27.11.2023 13:02 Dünya A A

Amerikalılar "Qara cümə" günü rekord həcmdə - 9,8 milyard dollarlıq onlayn alış ediblər.

Musavat.com xəbər verir ki, "Market Watch"un "Adobe Analytics"in hesabatına istinadən verdiyi məlumata görə, bu, keçən ilki xərcləmələrdən 7,5 faiz çoxdur.

Amerikalı istehlakçılar arasında ən populyar əşyalar televizor, ağıllı saatlar və Barbi kuklaları olub. Ən çox satın alınan məhsullar onluğuna həmçinin "Bluetooth" qulaqlıqları, "Mini Brands" oyuncaqları, simsiz enerji dolduran xarici batareyalar, robot tozsoranlar, yemək dəstləri və qəhvə maşınları daxildir.

"Adobe" bazar ertəsi – yəni bu gün alışların "Qara cümə" gününü ötəcəyini gözləyir. Şirkətin proqnozuna görə, bu gün amerikalıların onlayn alışları 12 milyard dollara çatacaq ki, bu da bir il əvvəlkindən 6,1 faiz çoxdur. "Adobe" həmçinin proqnozlaşdırıb ki, "Qara cümə"dən sonrakı iki gün ərzində - şənbə və bazar günlərində amerikalılar onlayn alış-verişə təxminən 10 milyard dollar daha çox xərcləyəcəklər.

Qeyd edək ki, amerikalılar Şükran Günündə (23 noyabr) onlayn alış-verişə 5,6 milyard dollar xərcləyiblər ki, bu da keçən illə müqayisədə 5,5 faiz çox olmaqla rekord həddir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR