İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan rekord sayda VƏTƏNDAŞLIQ

1181 28.05.2024 17:13 Dünya A A

Ötən il Almaniyada təxminən 200 min 100 əcnəbiyə vətəndaşlıq verilib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

Bildirilib ki, vətəndaşlıq alanların sayı 2000-ci ildən bəri ən yüksək səviyyədə olub.

Vurğulanıb ki, ötən il vətəndaşlığa qəbul edilənlərin sayı 2022-ci illə müqayisədə 31 min nəfər və ya 19 faiz artıb.

Belə ki, 2023-cü ildə 157 müxtəlif ölkədən gələnlərə vətəndaşlıq verilib. 

Məlumata görə, Almaniyada ötən il 75 min 500 suriyalı vətəndaşlıq alıb.

Siyahıda Suriyadan sonra Türkiyə, İraq, Rumıniya və Əfqanıstan yer alıb. Bildirilib ki, vətəndaşlığa qəbul edilənlərin orta yaş həddi 29,3 olub və onların da əksəriyyəti kişilərdir.

Oktyabrdan sonra Almaniya vətəndaşlığını almaq istəyən israillilərin sayında da kəskin artım olub.

Belə ki, 2024-cü ilin yanvar-aprel ayları arasında 6869 israilli Almaniya vətəndaşlığı üçün müraciət edib.

Bu rəqəm 2022-ci ildə 5 min 670, 2023-cü ildə isə 9 min 129 olaraq qeydə alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR