Almaniyanın Bavariya vilayətindəki neft emalı zavodunda (NEZ) yanğın baş verib.
Musavat.com xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, "Bayernoil" müəssisəsində baş verən yanğın nəticəsində 4 nəfər xəsarət alıb.
"Bütün zəruri tədbirlər görülür və vəziyyət nəzarət altındadır", - şirkətdən bildirilib.
Yerli sakinlərə evlərində qalmaq və ventilyasiya, həmçinin kondisioner sistemlərini söndürmək tövsiyə olunub.
Musavat.com