İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağacanyan: “Bu, Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir”  

879 29.11.2023 13:45 Region A A


“Yuxarı Lars keçid məntəqəsini sadəcə keçid məntəqəsi hesab etmək olmaz. Bu, bir simvoldur. Yuxarı Lars keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir, çünki başqa yerlərdə çətin tapılan mallar Rusiyadan Ermənistana gəlir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın iri nəqliyyat-logistika şirkətinin direktoru Qaqik Ağacanyan danışıb.

“Ermənistana taxıl haradan gəlir? Biz 400 min ton buğda idxal edirik ki, bunun da əhəmiyyətli hissəsi Rusiyadan gətirilir. Siyasətçilər təsərrüfat subyektlərinin fəaliyyətinə qarışıb, “Yuxarı Lars” keçid məntəqəsini bağlamağa hazırlaşdıqlarını deməsinlər. Sahibkarlıq subyektləri bu işi necə təşkil etməyi və maksimum gəlir əldə etməyi daha yaxşı bilir ”.

Ağacanyanın sözlərinə görə, son illər aviadaşıyıcılar Ermənistan hökumətinin üzvləri və prezidenti ilə cəmi 4 dəfə müzakirələr aparıblar.

“Bəzən bu müzakirələr öz bəhrəsini verir, lakin biz siyasətçilərə kortəbii şəkildə müəyyən bəyanatlar verməsini qadağan edə bilmərik”, - deyə o əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR