İnsanlara hürriyət, millətlərə istiqlal!

Adını “kişi” qoyanların irəli verdiyi “dişi canavar”: 3 yaşlı cocuğun qatili təkcə Əhlamdı?!

3541 14.11.2022 15:43 Yazarlar A A

Ayın ilk günlərində İstanbulda olarkən bələdçi qardaşımızla bərabər İstanbulun bir hissəsini küçə-küçə gəzməyə çalışmışdıq. Türkiyə Turizm Agentliyinin əməkdaşı dəyərli Berkan Taşanın “araba iləmi, yoxsa ayaqla dolaşmaq istərdiniz” - sorğusuna türk dövlətlərindən – Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan gəlmiş jurnalistlər hamılıqla “ayaqla” cavabını verdilər. Və Taksim meydanından, İstanbulun dünyaca məşhur məkanlarından birindən başladıq, üzü İstiqlal caddəsinə doğru.

Elə gözəl ab-hava var idi ki... İnsan seli, dünyanın bütün dillərində danışanlarla qarşılaşdıq az qala. Küçə musiqiçiləri ruhumuzu oxşayan musiqi çələngi səpirdilər bu möhtəşəm atmosfer üzərinə. Hər kəsin çöhrəsində təbəssüm, xoş ovqat, uşaqdan tutmuş böyüyədək hər kəsin...

Elə bu küçədə yerləşən Atlas Sinema Muzeyində olmuşduq, 4 mərtəbəli möhtəşəm ünvanda. Təəssüratlarımı yazarkən qeyd etmişdim ki, Osmanlı imperiyasının zamanında bu bina bir erməniyə məxsus olub, sonradan Avropaya köç edərkən mülki Osmanlıya bağışlayıb. Türkiyə dövləti bu faktı hər zaman gələn turistlərə xatırlatmaqla necə böyük ürəyə malik olduğunu nümayiş etdirir həm də... (“böyük Ermənistan” xəstəliyinə tutulanlardan bənzər nümunə eşitməmişik.) Amma terrorçular Türkiyəni “ürəyindən” vurmaq istədilər növbəti dəfə - Türkiyənin ürəyi İstanbulda, İstanbulun da ürəyi İstiqlal caddəsində qanlı terroru həyata keçirməklə!

329e798f-8712-36b6-a73a-130c44c866fb_850.jpg (132 KB)

İstanbulda, o gözəl məkanda terror törədildiyi xəbərini eşidəndə ürəyim sızladı, ilk düşündüyüm bu oldu, ay alçaq, adam da elə gözəl bir məkana qıyardımı?! Sonradan bildik ki, bu xain əməli törədən qadın qiyafəsində bir dişi canavarmış. Əhlam Albaşir adlı Suriya vətəndaşını bir neçə saat sonra İstanbul polisi yuvasındaca ələ keçirdi və budur, fotoları yayılıb, Türkiyə bayrağı qarşısında, boynubükük, miskin görkəmdə...

Yusuf Meydan kimdir, nereli? Hain saldırıda 9 yaşındaki kızı Ecrin ile  birlikte hayatını kaybetti

6 nəfərin ölümünə, 81 nəfərin yaralanmasına baiskar olan bu dişi canavar əlini, dişlərini türk qanına bulaşdırdı, aldığı təlimatlara uyğun şəkildə. Ancaq anlamayıb ki, əgər Türkiyə polisi onu vaxtında ələ keçirməsəydi, az sonra sifarişçilər terror zəncirinin Albaşir həlqəsini qırmaq üçün onu gəbərdəcəkdilər! Alçaq terrorçunun qətlə yetirdiyi insanlar içərisində Yusuf Meydan adlı ata və onun 3 yaşlı qızı Ecrin də olub! 3 yaşlı qızcığaz o qutsal məkana atasının əlindən tutaraq gəzməyə, əylənməyə gəlibmiş... Adanada Uşaq Evləri Koordinasiya Mərkəzi İdarəsində çalışan Yusif qardaşımız ailəsiylə İstanbula şəxsi işləri ilə bağlı gedibmiş və terrora tuş gəlib.

Hadisəni törədən dişi canavar - Əhlam Albaşir PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və hərəkətə keçmək üçün Afrin üzərindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğunu etiraf edib. PKK/PYD/YPG terror təşkilatının Suriyanın Kobani şəhərindəki qərargahından İstanbulda terror törətmə əmri verilib və həmin şəxs 16:20-də terroru gerçəkləşdirib.

6370f50212f196370f50212f1a16683471386370f50212f176370f50212f18.jpeg (156 KB)

Koordinasiyaya baxın! Amma plan yalnız PKK/PYD/YPG-yəmi məxsusdur? Təbii ki, yox!

3 yaşlı Ecrinin qatili həm də PKK/PYD/YPG-ni illərdir “yemləyən”lərdir! Türkiyə 40 ilə yaxındır mücadilə aparır PKK və onun törəmə təşkilatları ilə, 30 minədək şəhid verib bu yolda! Amma terror təşkilatlarının üzvləri nəinki bitmir, tükənmir, əksinə, sıraları genişlənir, müasir silahlarla, aparatlarla təchiz olunurlar. Qarabağın işğalı dönəmində erməni terror təşkilatlarına bunkerlər, tunellər, sığınacaqlar tikən Avropa ölkələri Türkiyəyə qarşı savaş aparan terrorçular üçün də “yeraltı şəhərlər” salırlar. Dəfələrlə qardaş Türkiyədən sərt çağırışlar olub, Qərb dünyasını, həmçinin bölgənin digər antitürk mövqeli qüvvələrini, paytaxtlarını qanlı terrorçulara dəstəkdən imtina etməyə çağırıb, amma nə faydası?

How hospitals responded to the Paris terror attacks

İstanbul terrorunun baş verdiyi tarix başqa bir qanlı hadisəni xatırlatdı: Paris terrorunu. 2015-ci ilin eyni günündə, 13 noyabrda törədilmişdi. Düzdür, Fransa paytaxtında itkilər qat-qat çox idi. Amma İstiqlal caddəsindəki hücumda kimlərinsə şansı gətiribsə, bu, başqa məsələdir. İstanbulun ən qaynar küçəsinin seçilməsi ilə daha çox insanın məhvinə hesablanmış plandır. Paris terroru olanda Avropa kükrədi, terroru lənətlədi, sonrakı dönəmlərdə həmrəylik yürüşləri və sair oldu. İstanbulda törədilən qanlı cinayətə sadəcə “keçmiş olsun” deməklə kifayətlənirlər, sözgəlişi. Hətta ölkəsinin konstitusiyasında, üstəlik də öz adında – ermənilər “Ararat” Ağrı dağına deyir - Türkiyəyə qarşı iddianın əksini tapdığı Ararat Mirzoyan da xora qoşulub.

Azərbaycan – Türkiyə qardaşlığının daha bir nümunəsi

Azərbaycan dərindən sarsıldı, sadə vətəndaşından tutmuş, dövlət başçısınadək Türkiyənin ağrısını öz ağrısı bildi, ürəyimizdən qara qanlar axır, acınız acımızdır mesajı dilimizdə. Bu terakt həm də Azərbaycana qarşı yönəlib. Elə bu ərəfədə Azərbaycanda xain planlarını icra etmək istəyən şəbəkənin ifşa olunması da hədəfin Türkiyə-Azərbaycan, bütün türk dünyası olduğunu göstərir. Türkiyə bütün bunların fərqindədir. Bilir ki, səmimi deyillər. İllərdir Türkiyəni Avropa İttifaqının qapısı ağzında saxladılar, terrorbaşı Öcalana azadlıq tələb etdilər, terrorçularla bağlı Ankaranın qarşısına ağlasığmaz şərtlər qoydular, qondarma “erməni soyqırımı”nı inkar edənlərə cəza qanunu qəbul etdilər... İsveç və Finlandiya illərdir terrorçuları bağrına basıb, Türkiyə o ölkələrin NATO-ya üzvlüyünə məhz bu səbəbdən veto qoyur, dəstək almaq əvəzinə qınanır! Dolayısı ilə 3 yaşlı cocuğun qətlində dünyanın bəzi aparıcı paytaxtlarının, imperialist güclərin də əli var! O günahsız insanların ahı tutacaq bir gün həmin qüvvələri! Terror günün birində yaxalarından yapışacaq!   

Istanbul-terror-attack-4400586.jpg (34 KB) 

Terror üçün İstiqlal küçəsinin seçilməsi təkcə insanların bu ünvanda sel kimi aşıb-daşmasına hesablanmamışdı şübhəsiz! Düzdür, Türkiyə turizm ölkəsidir və turistlər üçün İstiqlal, Taksim “olmazsa, olmazdır”. Turistlərin gözünü qorxutmağa hesablanmışdı, Türkiyəyə iqtisadi zərbə vurmağa! Bu mənada görüntülərə yasaq qoyulması anlaşılandır! 11 sentyabr terrorundan sonra da ABŞ bəzi yasaqlara getmişdi.

Amma burada dərin dövlətlərin dərinə gedən hesablamaları da olmamış deyil. Səmərqənddə Türk Dövlətləri Təşkilatının Günəş kimi parlaması, möhtəşəm birliyin nümayişi, yeni planlar, Zəngəzur dəhlizi, Turan qapısı... Turanın üstünə dişi canavar göndərdilər adını kişi qoyanlar! Amma cavabını alacaqlar! Əbəs yerə deyil ki, Türkiyə rəsmiləri bəzi dairələrin başsağlığını qəbul etmədiklərini açıq şəkildə bəyan etdilər. Ağuşuna terrorçuları alanların başına dəysin başsağlığı!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR