İnsanlara hürriyət, millətlərə istiqlal!

Açın yolu, Volkov getsin- rus generalın yoxa çıxmasının səbəbləri

3074 14.12.2022 11:30 Yazarlar A A

Artıq üçüncü gündür ki, hər birimizin diqqəti Laçın yolunun Şuşa-Xankəndi istiqamətində keçirilən aksiyaya yönəlib. Hər şey ordan başladı ki, Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmağa qərar verdi.

Hətta dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin ilk təşəbbüsləri oldu. Monitorinqlə bağlı razılaşma əldə edilsə də, erməni separatçılarının Xankəndi yolunu sülhməramlıların gözləri qarşısında kəsməsi səbəbindən plan baş tutmadı. Məhz bütün bunlardan sonra Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının fəalları və media mənsublarının Şuşa-Xankəndi yolunda dinc aksiyası başladı. Tələblər sadə və məntiqlidir: Rusiya “sülhməramlı” qüvvələrinin komandanı Andrey Volkov ortaya çıxıb, suallara cavab versin və Azərbaycanın Ağdərədəki qızıl, mis-molibden yataqlarında monitorinq aparmasına şərait yaradılsın!

Lakin dekabrın ilk həftəsində teleulduza dönmüş Volkov yoxa çıxıb, sanki belə bir adda adam heç olmayıb. Hansı ki, bundan əvvəlki dönəmlərdə həftə səkkiz, mən doqquz erməni separatçıları ilə görüşlər keçirər, dərhal onların pişvazına çıxardı. Elə bir neçə gün əvvəl Laçın yolundakı ilk postda Azərbaycanın da iştirakı ilə müasir avadanlıqlar quraşdırılacağını deyəndən dərhal sonra erməni separatçılar Vokovun “pişiyini ağaca dırmaşdırmışdılar”, ardınca iddia etdi ki, onun dedikləri təhrif olunub, daha nələr.Gah separatçıların oyuncaq “deputatlarını”, gah “ictimaiyyət nümayəndələrini” qəbul edir, gah da erməni uşaqlara “rusca” öyrədilməsi prosesinə qatılır. Hələ Qarabağda “rus mərkəzləri”nin açılması tamaşalarında rol almasın demirəm. İndi bu Volkvov “yağlı əppək” olub, itib. Şübhəsiz ki, səbəbsiz deyil...Məntiqlə dərhal aksiya yerinə gəlməliydi, birdən hansısa təxribat baş verdi, gərginlik yaşandı, cavabdeh olduğu ərazidə yox çıxmasının şübhəsiz ki, səbəbləri var...   

e387400e-585a-4000-8112-33f7e214cd8b.jpg (275 KB)

Bəli, istisna deyil ki, Andrey Volkovun etirazçılara deməyə sözü yoxdur. Bundan əvvəl dediklərini xatırlayaq: Laçın postundakı yoxlamalarla bağlı danışdı, ermənilər dərhal başının üstünü kəsdirib, “ya verdiyimi pulları qaytar, ya da sözünü geri götür”-tələbini qoydular. Milli toponimlərlə bağlı təpindik, Volkov and-aman elədi ki, mən Azərbaycan deyən kimi yazıram, amma sonradan Rusiya Müdafiə Nazirliyində, ya da hansısa saytda dəyişirlər. Gördü ki, özünün sözü ilə əməli düz gəlmir və biabırçı duruma düşür, o halda Azərbaycanın monitorinq qrupu ilə keçirilən danışıqlara jurnalistlərimizi buraxmadı. Daha sonra Ağdərədəki monitorinqin ona da, biznes şəriki Ruben Vardanyan başda olmaqla, erməni separatçılarna da “çox baha” başa gələcəyini anladığı üçün sözünü geri götürdü və erməniləri təlimatlandırıb mütəxəssislərimizin yolunu kəsdirdi. Guya ki, bu, ermənilərin “müstəqil” etirazıdır. Fakt budur ki, ermənilər Rusiya hərbçilərinə “xilaskar” kimi baxırlar, onlar “öl” deyəndə ölür, “qal” deyəndə qalırlar. Belə olduğu halda, hansı erməni Rusiya hərbçilərinin karvanının qarşısını kəsə və “biz azərbaycanlıları burdan keçməyə qoymayacağıq”-deməyə cəsarət edə bilərdimi?

5588595d-484b-4257-880b-3b83076cf7ee.jpg (237 KB)

Heç şübhəsiz ki, Volkovun ortaya çıxmamasının, artıq üçüncü gündür Rusiya hərbi kontingentinin müvəqqəti təsir zonasının episentrinə gəlib çıxmamasının tək səbəbi onun deməyə sözünün olmaması deyil. Rus generalın Rusiya Müdafiə Nazirliyini ittiham etməsini xatırladaq. Sitat: “Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq. Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir. Lakin qeyd etdiyim kimi, biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz. Məsələn: yazırıq Xankəndi, yazırıq Ağdərə. Bizim Baş Qərargahın xəritələrində isə adlar sovet dövründə qalıb, “Stepanakert”, “Mardakert” yazılıb. Toponimlərə nə aiddirsə, biz ona hörmət edərək Azərbaycanda necə səslənirsə, elə də yazırıq”. İstisna deyil ki, onun dedikləri Moskvada qəzəb doğurub, rus general faktiki olaraq Rusiya Müdafiə Nazirliyini satıb, özü də “keçi qyməti”nə! İndi gör Volkov sələfi Rustam Muradov kimi, Ukrayna cəbhəsində döyüşsəydi və qəfildən əsir düşsəydi, nələr açıqlayardı. Bəlkə nüvə başlıqlarının koorinatlarını da verərdi. Hərbdə belə hallar bağışlanmır. Heç şübhəsiz Volkovun dedikləri nazir Şoyqunu və komandasını qəzəbləndirib və ona publika qarşısına çıxmamaqla bağlıəmr verilib.

943d5d2f-7520-4a95-838b-48ee087ecd44.jpg (223 KB)

İstisna deyil ki, çox keçməyəcək Andrey Volkovun komandan vəzifəsindən azad edilməsinə qərar veriləcək. Çünki Volkov Rusiyanın aktivinə yazılacaq heç bir əmələ imza atmadı. Məsələn, ondan əvvəl Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə general-leytenant Rüstəm Muradov və general-leytenant Gennadi Anaşkin rəhbərlik ediblər. Onlar heç olmasa Bakıdan erməni “hərbi əsirləri”n ölüsünü və ya dirisini İrəvana aparmaları, Ermənistandan 70-80 faizi saxta olan mina xəritələrini gərtirmələri ilə “yadda qalmışdılar”. Amma Volkovun komandan olduğu dönəmdə Azərbaycan hətta erməni hərbçilərin ölüsünü və dirisini digər vasitəçinin iştirakı və ya elə sərhəd görüşməsi ilə birbaşa Ermənistana təhvil verdi. Erməni separatçıları ilə Qarabağdakı sərvətlərin talanmasına başı qarışan Volkov nə öz reputasiyasını düşündü, nə də Rusiyanın “sülhməramlı” donunu. İndi belə birisi prosesləri gərginlik həddinədək daşıyıb, dünyada təklənmiş Rusiyanın Azərbaycan kimi önəmli qonşusu ilə də münasibətləri pozulmaq üzrədir. Bu mənada Volkovun geri çağırılması münasibətlərin daha da gərginləşməsinin qarşısını ala bilər.

Digər tərəfdən, Andrey Volkovun artıq getmək vaxtıdır, zatən, çox qaldı. Rüstəm Muradov (2020-ci ilin noyabrından 2021-ci ilin mayınadək) və Gennadi Anaşkindən (2021-ci ilin sentyabrından 2022-ci ilin yanvarınadək) çox. Volkov artıq 1 ilə yaxındır – 2022-ci ilin yanvarından - Qarabağdadır! Az qala digər iki sələfi qədər! Su da qaldığı yerdə çox qalanda qoxuyur – açıq Laçın yolunu Volkov getsin! Onsuz da Bakı yolu ilə getməyə üzü yoxdur...

P.S.Laçın yolundakı aksiya iştirakçılarından isə xahişim var, daha bundan sonra Volkovu tələb etməyə dəyməz, nə üzü var, nə sözü... 

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR