İnsanlara hürriyət, millətlərə istiqlal!

Abxaziyadakı erməni separatçılarından Paşinyana sərt cavab

1202 27.11.2023 11:49 Dünya A A

 

Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlaması abxaz separatçıları tərəfindən sərt reaksiyaya səbəb olub.

Musavat.com erməni mediasına istinadən bildirir ki, qondarma “Abxaziya parlamenti”nin erməni əsilli “deputat”ları Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanan bəyanatla çıxış ediblər.

Oyuncaq “parlament”in deputatları A. Minosyan, Q. Trapizonyan, E. Rştuni, L. Qalustyanın imzaladığı bəyanatın mətni Abxaz mediasının “Nujnaya qazeta” Telegram-kanalında dərc olunub.

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda deyib: “Mən ictimai bəyanatlarımda bir neçə dəfə bəyan etmişəm ki, biz Gürcüstanın birliyini və dövlətçiliyini tam və birmənalı şəkildə dəstəkləyirik

artsax faciəsindən sonra indiki Ermənistan rəhbərliyi Dağlıq Qarabağda yaşayan 120 min öz vətəndaşını qovulmağa məhkum etdikdə, Paşinyanın son çıxışı şərhsiz qala bilərdi, lakin Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsi tezisi həddən artıq həyasız səsləndi”-separatçıların həyasız bəyanatında bildirilir. Qeyd olunur ki, “Abxaziya Respublikası” “müstəqil dövlət”dir, suveren Gürcüstanla heç bir əlaqəsi yoxdur. Paşinyana xatırlatma da edilir: “Bir neçə il əvvəl İrəvan yüksək səslə bəyan edib ki, “Artsax Ermənistandır və Azərbaycanın Qarabağ ərazisinə heç bir müdaxiləsinə imkan verməyəcək”. . Təəssüf ki, hadisələrin sonrakı inkişafı göstərdi ki, Ermənistan hakimiyyəti konyunkturaya məruz qalır və asanlıqla mövqelərini dəyişir, o cümlədən bütün ermənilər üçün artsax “dövləti”nin mövcudluğu kimi həssas məsələdə. Onun dünyanın siyasi xəritəsindən silinməsi faktı bütünlüklə suveren Dağlıq Qarabağ Respublikasının qurulması ideyasını ləngitmək üçün hər şeyi edən rəsmi İrəvanın “xidmətidir”. Unutmayaq ki, onun yaradılması uğrunda on minlərlə insan həyatını itirib”-sarsaq erməni separatçıların iddiaları bu şəkildə davam edir.

Bəyanatda daha sonra deyilir: “Biz Paşinyanın bəyanatını vətənimiz Abxaziya Respublikasına qarşı demarş kimi qiymətləndiririk. Ermənistanın baş nazirinin dedikləri sözsüz ki, bizdə mənfi təəssürat yaratdı və xoşagəlməz dad buraxdı. Cənab Paşinyana xatırlatmaq istərdik ki, Müstəqil Apsnıda 42 min erməni millətindən olan vətəndaş yaşayır, yerli xalqlar ana dilimizi öyrənmək, öz orijinal adət və ənənələrini qoruyub saxlamaq üçün hər cür şərait yaradıblar. Biz fəxrlə Abxaziyanı Vətənimiz adlandırırıq.

Və nəhayət: Ermənistan təbii ki, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyə bilər. Lakin suveren Abxaziya Respublikasının bununla heç bir əlaqəsi yoxdur. Artıq 30 ildir ki, çoxmillətli xalqımız öz dövlətini qurur. Paşinyandan fərqli olaraq, Abxaziyada xalqın seçiminə şübhə ilə yanaşan və oğul və qızlarının qanı ilə fəth edilmiş ölkəni bir qələm zərbəsi ilə ləğv edəcək siyasətçilər yoxdur”, - deyə erməni “deputat”ların bəyanatında qeyd olunub”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR