İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” silsilə tədbirlərlə qeyd edilib FOTO

439 01.06.2022 18:34 Sosial A A

 

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Xırdalan şəhərindəki Heydər Əliyev Parkında xalqımızın zəfəri ilə başa çatan Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn igidlərimizin 80-ə yaxın övladı üçün bayram tədbiri keçirilib.

 Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.

Parkda təşkil olunan “Şuşa uşaqların gözü ilə” adlı uşaq rəsmilərindən ibarət sərgiyə baxış keçirilib, şəhid övladları üçün əyləncəli proqram təqdim olunub.

RİH başçısı şəhid ailələri və övladları ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb, xatirə şəkili çəkdirib.

Şəhid ailələri də öz növbələrində onlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib.

Daha sonra bayram tədbiri Abşeron Mədəniyyət Mərkəzində davam etdirilib. Rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin hazırladığı rəngarəng bayram proqramı təqdim edilib.

Konsertdən sonra şəhid övladları Limuland Əyləncə Mərkəzinə aparılmış, uşaqların günlərinin əyləncəli başa çatması üçün lazimi tədbirlər görülüb, onlara bayram hədiyyələri verilib.


***

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilib. Tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri iştirak edib. İştirakçılar əvvəlcə müəssisədə yaradılan şəraitlə tanış olub, müəssisənin istedadlı uşaqlarının hazırladıqları əl işləri ilə tanış olublar.

Sonra akt zalında baş tutan bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Azərbaycanda uşaqların müdafiə olunması, onlara diqqət və qayğının göstərilməsi istiqamətində böyük işlər görülüb. Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda da cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi, onların təhsili, asudə vaxtının təşkili uğurlu şəkildə həyata keçirilməkdədir. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda neçə-neçə məktəbəqədər təhsil müəssisəsi, orta məktəblər, olimpiya kompleksi tikilərək gül balaların istifadəsinə verilib. Həmin işlər bu gün də davam etdirilməkdədir.

Sonra çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunmasının qərara alındığını bildirmiş, ölkəmizdə də bu tədbirlərin sevilərək keçirildiyini qeyd edib.

Daha sonra 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin kollektivi tərəfindən hazırlanan konsert proqramı təqdim olunub.

Müəssisənin bütün uşaqlarına bayram hədiyyələri verilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR