İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyanın neft ixracına qadağaları dərinləşdirə bilər – Ağ Ev rəsmisi

367 29.05.2024 01:18 Dünya A A

ABŞ Rusiya neftinin dəniz yolu ilə ixracına məhdudiyyətləri sərtləşdirə bilər.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Dalip Sinq deyib.

O bildirib ki, Ağ Ev kölgə donanmasından istifadə ilə bağlı Rusiyanın xərclərini artırmaq üçün əlavə tədbirlər görə bilər. Eyni zamanda, qlobal iqtisadi məsələlərə nəzarət edən Sinq qeyd edib ki, Rusiyanın neftdən vergi gəlirləri 2023-cü ildə 2022-ci illə müqayisədə, qismən də kollektiv Qərbin sanksiyaları səbəbindən təxminən 30 faiz azalıb. Amerika liderinin məsləhətçisinin sözlərinə görə, Rusiya neftinin ixrac həcmi “yüksək olaraq qalır” və bu, bu yanacağın qiymətinin qalxmasının qarşısını almağa imkan verib.

Xatırladaq ki, 2022-ci il dekabrın 5-də Avropa İttifaqının Rusiyadan dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo qüvvəyə minib. Yeddilik Qrupu (G7) ölkələri, Aİ və Avstraliya öz tabeliyində olan gəmilər və ərazilər üçün dənizdən daşınan Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollarlıq yuxarı hədd tətbiq ediblər. 2023-cü il fevralın 5-dən analoji məhdudiyyətlər Rusiyadan neft məhsullarının tədarükünə də şamil olunmağa başlayıb. Maksimum maya dəyəri neft məhsullarının kateqoriyasından asılı olaraq bir barel üçün 100 və 45 dollar müəyyən edilib. Bu məhdudiyyətlərin dəyişdirilməsi üçün bütün Aİ dövlətlərinin və G7 üzvlərinin razılığı lazımdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR