İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ planından Ukrayna üçün Rusiya aktivlərinin müsadirəsi bəndi çıxarılıb

639 24.11.2025 22:06 Dünya A A

Ukraynanın bərpası fondu üçün dondurulmuş Rusiya aktivlərindən təxminən 100 milyard dolların ayrılması ilə bağlı bənd ABŞ-nin sülh planı layihəsinin son versiyasından çıxarılıb.

"Report"un verdiyi məlumata görə, bu qərar Avropa rəsmilərində nikbinlik yaradıb.

İlkin planda nəzərdə tutulurdu ki, ABŞ bu aktivlərdən əldə olunan mənfəətin 50 %-ni götürəcək, istifadə olunmamış vəsaitlər isə Rusiya-Amerika investisiya fonduna yönəldiləcək.

Avropa İttifaqı ölkələri dondurulmuş Rusiya aktivlərindən istifadə üçün hüquqi mexanizmlər axtarmağa davam edirlər. Bu aktivlərin böyük hissəsi – 200 milyard avrodan bir qədər çoxu – Belçikada "Euroclear" platformasında bloklanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR